Azərbaycanın daha 3 güləşçisi DÇ ilə erkən vidalaşdı

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə – 67, 87 və 97 kq-da mübarizəyə start verilib.

Taleh Məmmədov təsnifat mərhələsində Bolqarıstan təmsilçisinə uduzub.

Elvin Mürsəliyev ilk görüşdə gürcü güləşçiyə qalib gəlib. Ancaq daha sonra iranlı pəhləvanla bacarmayıb.

Beka Kandelaki ilk mərhələdə belaruslu rəqibini “tuşe” ilə üstələyib. Beka 1/8 finalda alman idmançıyla görüşdə 7:0 öndə olsa da, böyük üstünlüyü əldən verərək, yenilib.

60 kq
Təsnifat – Taleh Məmmədov – İva Serafimov Angelov (BUL) 0:4

77 kq
1/16 final – Elvin Mürsəliyev – Gela Bolkvadze (GEO) 8:0
1/8 final – Elvin Mürsəliyev – Məhəmmədəli Abdulhəmid Gerayi (İRİ) 0:7

130 kq
Təsnifat – Beka Kandelaki – Pavel Rudaku (BLR) 4:0 (tuşe)
1/8 final – Beka Kandelaki – Eduard Popp (GER) 7:17

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button