Azərbaycanın “Böyük Dəbilqə”dən qəniməti – 2 medal

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”ni iki medalla başa vurublar.

Komanda.az xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) mübarizəyə başlayıb. 23 yaşlı idmançı 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə qazaxıstanlı Adlet Missinə uduzub.

Daha əvvəl Azərbaycan cüdoçularından Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medala sahib çıxıb.

Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button