
Azərbaycanın basketbol millilərinin baş məşqçiləri müəyyənləşib
Azərbaycanın aşağı yaş qruplarından ibarət basketbol millilərinin baş məşqçiləri məlum olub.
Komanda.az xəbər verir ki, oğlanlardan ibarət U-12 yığması Vasili Mçedişviliyə həvalə edilib.
Bu millinin B komandasına isə David Tsivtsivadze rəhbərlik edəcək.
U-14-də A komandasında Polad Həsənov və Tahir Baxşıyev, B komandasında Fuad Niftəliyev söz sahibi olacaqlar.
U-16-da isə müvafiq olaraq Alberto Blanko ilə Anar Sarıyev A və B komandalarında işləyəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin