
Azərbaycanın ağır atletikası kənd təsərrüfatı nazirinə tapşırılır
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd bilinib.
Komanda.az xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı keçiriləcək. Konfransda Kərimovun federasiya prezidenti seçiləcəyi gözlənilir.
Hazırda AAAF-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin