Azərbaycanın 6 güləşçisi Antalyada finala yüksəldi
Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında “Victory cup” turniri start götürüb.
Komanda.az xəbər verir ki, ilk yarış günündə oğlanlar arasında 45, 51, 60, 71 və 92 kq-da, qızlar arasında isə 40, 46, 53, 61 və 69 kq-da mübarizə baş tutub.
İlk günün yekununa əsasən, sərbəst güləşdə Sadiq Hüseynovla (45 kq) Ağanəzər Novruzov (71 kq) finala yüksəlib. Muhəmməd İsmayılov (45 kq), Elman Ağayev (51 kq) və Kəlbəxan Bakdəmirov (71 kq) bürünc medal uğrunda güləşəcək. Ağa Qasımov (60 kq) isə təsəlliverici görüşə çıxacaq.
Yunan-Roma güləşində Hüseyn Savadov (45 kq), Murad Əliyev (51 kq), Məhəmməd Qasımzadə (60 kq) və Davud Məmmədov (71 kq) finala vəsiqə qazanıb. Vüsal Quluzadə (51 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
Qızlar arasında isə Aysel Məmmədzadə (46 kq) üçüncü yer üçün güləşməyə haqq qazanıb.
Qeyd edək ki, bu çəkilərdə həlledici qarşılaşmalar sabah keçiriləcək. İkinci yarış günündə həmçinin digər çəkilərdə mübarizəyə start veriləcək. Turnirə mayın 11-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin