“Böyük Dəbilqə”: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın altı cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Allan Kuvabara (Braziliya) – Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rövşən Əliyev bu raundda Daniel Lautgeb (Avstriya) – İrakli Kupatadze (Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Yevgeni Qonçarkonun (Ukrayna), İbrahim Əliyev Sərdar Rahimovun (Türkmənistan) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova 1/8 finalda Nataşa Ferreyra ilə (Braziliya), Aişə Qurbanlı isə Amber Qersjeslə (Niderland) görüşəcək.

“Böyük Dəbilqə” iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button