Azərbaycanın 2 stolüstü tennisçisi Çinə yollanıb
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaqlar.
Komanda.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri bu məqsədlə əvvəlcə Çinə yollanıblar.
Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Şanxay şəhərinin stolüstü tennis mərkəzində toplanışda olacaqlar. İdmançılar daha sonra qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaq.
Bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.
Bizi Facebook-da izləyin