Azərbaycanın 2 güləşçisindən DÇ-də bürünc medal

Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.

Yusuf Dursunov (125 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.

Mundiala avqustun 24-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button