Azərbaycanın 2 güləşçisi dünya çempionatı ilə vidalaşdı

Azərbaycanın 4 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 70 kq-da çıxış edən Coşqun Əzimov startda Temuulen Enxtuyaya (Monqolustan) uduzub. Rəqib finala çıxmaq şansını itirdiyindən, Azərbaycan təmsilçisi mundialla vidalaşıb.

79 kq-dakı Əşrəf Aşırov 1/16 finalda Erik Reinboka (Estoniya) qalib gəlsə də, növbəti mərhələdə Vasil Mixaylovla (Ukrayna) bacarmayıb. Ukrayna güləşçisi finala adlasa, Aşırov təsəlliverici görüşlərə qatılacaq.

86 kq-da yer alan Abubakr Abakarov təsnifat mərhələsində Həsən Zəkəriyevlə (Ukrayna), 125 kq-dakı Aydın Əhmədov isə Den Çjiveylə (Çin) dueldən məğlub ayrılıb. Çinli idmançı 1/16 finalda məğlub olduğundan, Əhmədov üçün dünya çempionatı vaxtından əvvəl başa çatıb.

Bu gün həmçinin qadın güləşçi Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşdə Alina Akobia (Ukrayna) ilə görüşəcək.

Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button