Azərbaycanı qran-pridə bu cüdoçular təmsil edəcəklər
25-27 mayda Avstriyanın Linz şəhərində cüdo üzrə qran-pri turniri keçiriləcək.
Komanda.az xəbər verir ki, yarışda Azərbaycanın 14 (9 kişi, 5 qadın) cüdoçusunun iştirakı planlaşdırılır.
Kişilər: Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Kəramət Hüseynov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Murad Fətiyev (hər ikisi 90 kq).
Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq).
Qran-pridə 69 ölkədən 450-dən çox idmançının iştirakı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin