
Pekin-2022: Azərbaycan təmsilçisinin yekun mövqeyi bilindi
Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsevin final mərhələsindəki yekun mövqeyi bəlli olub.
Komanda.az xəbər verir ki, 21 yaşlı idmançı yarışı 239,19 xalla 18-ci pillədə başa vurub.
Litvintsev sərbəst proqramda 155,04 xal, qısa proqramda isə 84,15 xal qazanıb.
ABŞ təmsilçisi Netan Çen 332,60 xalla Olimpiya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin