Azərbaycanı DÇ-də onlar təmsil edəcəklər

Bu həftə Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə ilin ən önəmli yarışları keçiriləcək.

Komanda.az xəbər verir ki, sabah U-17, növbəti gün isə U-20 dünya çempionatı baş tutacaq.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 8 idmançı mundialda ölkəmizi təmsil edəcək. Yeniyetmələrin yarışında Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), gənclərin mübarizəsində isə Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) uğur qazanmağa çalışacaq.

Sentyabrın 3-4-də isə Dünya Seriyasının final mərhələsi keçiriləcək. Başqa sözlə, çimərlik güləşində böyüklər arasında dünya çempionları müəyyənləşəcək. Həlledici yarışda Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.

Bu yarışlarda I-S kateqoriyalı Sədi Quliyev hakimlik edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button