Azərbaycanı beynəlxalq turnirdə təmsil edəcək taekvondoçuların adları məlum olub
Taekvondo üzrə Azərbaycan millisinin 11 üzvü Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək G2 kateqoriyalı yarışda iştirak edəcək.
Komanda.az xəbər verir ki, yığma Fujeyrada təşkil olunacaq beynəlxalq turnirə 5 kişi, 6 qadın taekvondoçu ilə qatılacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Milad Beiqi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kq) şans verəcəklər.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) yoxlayacaq.
Fevralın 2-də səfərə yollanacaq komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Yığma komanda Bakıya fevralın 5-də qayıdacaq.
Bizi Facebook-da izləyin