“Azərbaycandakı üç il maraqlı təcrübə idi, amma…” – Prosineçki

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, 54 yaşlı mütəxəssis ölkəmizdə çalışdığı dönəmi də xatırlayıb.

“Azərbaycanda üç il məşqçi kimi işləmək maraqlı təcrübə idi. Sələflərimdən fərqli olaraq, ailəmi də özümlə aparmışdım. Halbuki, əvvəlki məşqçilər oyundan cəmi iki həftə əvvəl gəlirdilər, matçlar olanda orada yaşayırdılar. Norveçi məğlub etdik, Çexiyaya, Xorvatiyaya uduzmadıq, yaxşı oynadıq. Amma üç ildən sonra gördüm ki, heç bir irəliləyiş yoxdur”.

Xatırladaq ki, Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan yığmasına rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button