Qafqaz İdman Liqası yaradıldı – video

Azərbaycanda Qafqaz İdman Liqası (CSL) təsis olunub.

Komanda.az xəbər verir ki, yeni yaradılmış Qafqaz İdman Liqasının (CSL) təsis olunmasında məqsəd ölkədə idmanın inkişafı, yeniyetmə və gənclərin sağlam ruhda böyümələri, eyni zamanda müxtəlif idman növlərində maraqlı seriya turnirlər təşkil edərək kütləviliyi artırmaqdır.

Liqaya daxil olan idman növləri üzrə seriya turnirlərin regionlarda, eyni zamanda Bakıda və Qafqazın digər şəhərlərində keçirilməsi planlaşdırılır.

İlk dəfə bu ilin yanvar ayının 24-də Şamaxı Olimpiya Mərkəzində MMA idman növü üzrə təşkil edilən liqanın növbəti seriyaları cüdo, boks, güləş, karate, futbol və s. idman növləri üzrə olacaq.

Qafqaz İdman Liqası ölkəmizin istənilən federasiyası və ya təşkilatı ilə təmənnasız əməkdaşlıq etməyi və günü-gündən fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button