Azərbaycanda işləmiş baş məşqçinin xanımından rus qadınlara çağırış
“Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun həyat yoldaşı Alina Qriqorçuk rus analarına müraciət edib.
Komanda.az xəbər verir ki, o, “feysbuk” səhifəsindəki paylaşımında valideynləri öz övladlarını döyüşə göndərməməyə çağırıb:
“Ruslar, ordunu dayandırın! Siz övladlarının gələcəyi əlindən alınan anaların lənətinə düçar olacaqsız. Oğlanlarınızı, ərlərinizi itirəcəksiz. Nə üçün? Siyasətçilərinizin azğın planlarına görə. Ukraynalılar çox cəsur insanlardır! Dayanın!”
Hazırda Ukrayanın “Çernomorets” komandasınin “sükanı arxasında” olan Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin