“Azərbaycanda futbolun inkişafını istəyirksə…” – Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək Estoniya və Slovakiya ilə oyundan öncə mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandaya güvəndiyini deyib:

“Hər oyuna qələbə istəyi ilə çıxırıq. Slovakiya da zəif rəqib deyil. Mən komandama güvənirəm. Mentaliteti dəyişmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Gələcək üçün nələri dəyişmək lazım olduğunu bilirik. Bir çox futbolçular özləri haqqında düşünürlər. Ölkədə futbolun inkişafını istəyirksə, fərdilikdən əl çəkməliyik”.

Estoniya ilə matç oktyabrın 11-də Tallində, Slovakiyaya qarşı oyun isə 14-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button