Azərbaycana rəqib oldular, milli karyerasını başa vurdu

Futbol üzrə Kipr milli komandasının kapitanı Giorgos Merkis yığma karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçi “İnstagram” hesabında paylaşım edib.

Hazırda ölkəsində APOEL klubunun formasını geyinən təcrübəli oyunçu yerli futbol federasiyasını da bu barədə məlumatlandırıb. Federasiyanın prezidenti Giorgos Kumas müdafiəçiyə xidmətlərinə görə təşəkkürünü bildirib, ona klub karyerasında uğurlar arzulayıb.

Yığmada 54 oyun keçirən Merkis 2 qola imza atıb.

Qeyd edək ki, Kipr yığması UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunda Azərbaycan, Monteneqro və Lüksemburqla birgə yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button