“Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”
Futbol üzrə Slovakiya yığmasının müdafiəçisi David Hançko AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu dəyərləndirib.
Komanda.az xəbər verir ki, “Fiorentina”nın formasını geyinən 22 yaşlı sol cinah oyunçusu yerli mətbuata açıqlamasında azarkeşlərin onları fitə basmasından məyus olduğunu vurğulayıb:
“Komanda üçün bu duruma düşmək asan deyil. Ətrafımdakılar dünya səviyyəli oyunçulardı və onlar hörmətə layiqdilər. Xorvatiyada 1:0 hesabı ilə öndə idik. Luka Modriç korner vurmağa hazırlaşırdı ki, yerli azarkeşlər hesabda geridə olan komandalarını çılğın şəkildə dəstəkləyir, mahnı oxudular. Ancaq Azərbaycanla matçda sürəti artırmaq çətin olsa belə, qələbə qazanmağı bacardıq. Rəqib cəmi 2 dəfə qapımız qarşısında təhlükəli vəziyyət yaratdı. Bunu nəzərə almasaq, Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik. Azarkeşlər bir qol və ya 5 dəqiq zərbə tələb edə bilərlər. Ancaq bunu daim etmək mümkün deyil. Hətta belə bir oyun da bizə kömək edə bilər. Bəzən 1:0 və ya 2:0 hesabı ilə qalib gəlmək vacibdi”.
Bizi Facebook-da izləyin