“Azərbaycana işi başa çatdırmaq üçün gedirik” – “Omoniya”nın baş məşqçisi

Kiprin “Omoniya” klubunun baş məşqçisi Valdas Dambrauskas çempionatın açılış turunda “Etnikos” üzərində qazanılan qələbəni (3:0) şərh edib. 

Komanda.az xəbər verir ki, “Kerkida”-ya danışan litvalı məşqçi Konfrans Liqasının pley-off mərhələsinin “Zirə” ilə görüşlərinə də toxunub:

“Bir neçə gün əvvəl “Zirə” ilə oyunda çox enerji sərf etmişdik. Sürətli oynamaq və üstün olmaq istəyirik. “Etnikos”la görüşdə ehtiyacı olan futbolçulara fiziki formalarını yaxşılaşdırmaq üçün vaxt verdik. Ən əsası odur ki, üç xal qazandıq. Biz isə Azərbaycana işi başa çatdırmaq üçün gedirik”.

“Zirə” ilk matçda “Omoniya”ya 0:6 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 29-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button