Azərbaycana görə Ukrayna yığmasından imtina etdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin oyunçusu Emil Mustafayev Ukrayna yığmasında oynamaqdan niyə imtina etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, Ukraynanın “Aleksandriya” klubunun 21 yaşlı yarımmüdafiəçisi bu barədə “Sport Express”ə danışıb:

“Mənə Ukrayna Futbol Assosiasiyasından (UAF) da təklif var idi. Mən bundan imtina etdim, çünki təşəbbüs daha əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından gəldi. Razılaşdıq ki, onların komandasında oynayacağam. Ukraynadan əlaqə saxlayanda artıq gec idi. Artıq Azərbaycana uçmalı idim, UAF-dan mənə zəng gəldi və gənclər komandasında oynamağı təklif etdilər. Amma mən artıq Azərbaycana söz vermişdim və sözümə sadiq qadım. Baxmayaraq ki, Ukraynada doğulmuşam”.

Emil Mustafayev bu mövsüm Ukrayna Premyer Liqasında “Aleksandriya”nın heyətində 4 oyun keçirib və 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button