![](https://komanda.az/wp-content/uploads/2020/08/u-21.jpg)
Azərbaycan yığmasının Xorvatiya və Avstriya ilə oyunlar üçün heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 24 oyunçuya dəvət göndərib.
Yığma 22-29 avqustda Bakıda təlim məşq toplanışı keçəcək. “Neftçi”dən dəvət olunan Mert Çelik, Asim Əlizadə, Vüsal Əsgərov və “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra düşərgəyə qoşulacaq.
Azərbaycan millisi sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.
- Nicat Mehbalıyev – Qəbələ
- Rüstəm Samiqullin – Sabah
- Əkpər Vəliyev – Keşlə
- Rauf Hüseynli – Zirə
- Arsen Ağcabəyov – Sabah
- Rüfət Əhmədov – Qəbələ
- Bəşir Ayralov – Zaqatala
- Cəlal Hüseynov – Zirə
- Mert Çelik – Neftçi
- Elçin Mustafayev – Keşlə
- Səbuhi Abdullazadə – Sumqayıt
- Asim Əlizadə – Neftçi
- Şakir Seyidov – Sabah
- Ədilxan Qarəhmədov – Səbail
- Veysəl Rzayev – Sabah
- Fərid Yusifli – Neftçi
- Turan Vəlizadə – Keşlə
- Rüfət Abdullazadə – Sumqayıt
- Vüsal Əsgərov – Neftçi
- İsmayıl Zülfüqarlı – Neftçi
- Camal Cəfərov – Sabah
- Kamran Quliyev – Sabah
- Musa Qurbanlı – Qarabağ
- İbrahim Hüseynov – Qarabağ
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin