Azərbaycan yığmasının üzvü karyerasını bitirdi

Azərbaycan millisinin triatlonçusu Kseniya Levkovska karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 32 yaşlı idmançı bu barədə federasiyaya açıqlamasında bildirib.

Levkovska idman karyerasının böyük mərhələsinin baş çatdığını söyləyib: “8 il Azərbaycanı dünya arenasında təmsil etdim və 100-dən çox yarışa qatıldım. Çox gözəl vaxt idi. Bu ölkəyə, insanlara göstərdikləri etimad və dəstəyə görə sonsuz minnətdaram. Azərbaycan Triatlon Federasiyasına təşəkkür edirəm. Bu, əvəzolunmaq təcrübə idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button