Azərbaycan yığmasının UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlandı

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Estoniyanın paytaxtı Tallində təşkil olunacaq UEFA İnkişaf turnirində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi İlham Yadullayev yarışa 17 oyunçu aparmaq qərarına gəlib.

Onlardan 7-si “Sabah”ın, 5-i isə “Qarabağ”ın formasını geyinir.

U-15-in yekun heyəti: Rauf Əyyubov, Toğrul Mehdizadə, Nihad Şirinzadə, Emil Məmmədov, Renat Muştakov, Nicat Kərimov, Samir Şərifov (hamısı “Sabah”), Uğur Qurbanlı, Əli Bəşirov, Hüseyn Bayramov, Murad İbrahimli, Polad Hüseynov (hamısı “Qarabağ”), Rəşad Gülüşov, Kəmal Mustafazadə (hər ikisi “Leon”), İmran Lətifov (EFA), Amil Abuşov (“Sumqayıt”), Allahverdi Şirinov (“Qəbələ”).

Qeyd edək ki, U-15 millimiz avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button