Azərbaycan yığmasının rəqibi üçün yeni baş məşqçi

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində rəqibi olan Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra yerli mütəxəssis Draqan Stoykoviç çalışdıracaq.

Bu barədə Serbiya mətbuatı məlumat yayıb. Xəbərdə tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunduğu bildirilir. 55 yaşlı mütəxəssisin fevral ayından yeni işinə başlayacağı vurğulanıb. Stoykoviçin millidə illik məvacibi 1 milyon avro olacaq.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button