Azərbaycan yığmasının oyunlarını idarə edəcək hakimlər açıqlandı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 15-21 noyabr tarixlərində Lüksemburqda keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.
Komanda.az xəbər verir ki, oyunların təqvimini və hakim təyinatlarını diqqətinizə çatdırır:
Azərbaycan – Bosniya və Herseqovina
15 noyabr. Stade de la Frontiere. Saat 19:00
Baş hakim: Mikkel Redder (Danimarka)
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
Niderland – Azərbaycan
18 noyabr. Terrain Poetz stadionu. Saat 19:00
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
Lüksemburq – Azərbaycan
21 noyabr. Terrain Poetz stadionu. Saat 21:00
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus)
Dördüncü hakim: Dmitri Dmitryiev (Belarus)
Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Bizi Facebook-da izləyin