Azərbaycan yığmasının Mahaçqala toplanışı başladı

Sərbəst güləş yığmamız fasiləyə son qoyub.

Komanda.az xəbər verir ki, millimiz ilk təlim-məşq toplanışını ölkə xaricində keçir.

Komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçilər Arif Abdullayevlə Sadruddin Ayqubovun rəhbərliyi altında yanvarın 7-dən Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq prosesinə start verib.

Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək.

Turnirlərə daha yaxşı hazırlaşmaq üçün təşkil olunan təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamız bir sıra yarışlarda iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button