Azərbaycan yığmasının AÇ-nin finalındakı rəqibi bəlli oldu

Slovakiyanın Koşitse şəhərində keçirilən mini futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarımfinal görüşü Bolqarıstan və Rumıniya yığmaları arasında baş tutub.

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Bu zərbələri daha dəqiq yerinə yetirən Rumıniya yığması həlledici oyuna vəsiqə qazanıb – 4:3.

Xatırladaq ki, digər yarımfinal görüşündə Azərbaycan millisi Qazaxıstana 3:2 hesabıyla qalib gəlmişdi. Beləliklə, Azərbaycan milli komandasının qitə birinciliyinin finalındakı rəqibi rumınlar olub. Bu komandalar arasında iyunun 11-də keçiriləcək həlledici oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Bundan öncə isə Qazaxıstan və Bolqarıstan yığmaları arasında 3-cü yer uğrunda oyun baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button