Azərbaycan yığmasından Türkiyədə 4 medal
Türkiyənin Antalya şəhərində təşkil edilən taekvondo yarışları davam edir.
Komanda.az xəbər verir ki, fevralın 11-də startı verilən G2 kateqoriyalı “DTF Prezidenti Kuboku” yarışında böyüklərdən ibarət milli komandanın üzvləri də mübarizə aparıb. Avropa qitəsi üzrə sayca 4-cü dəfə keçirilən yarışın son günü 4 kişi taekvondoçumuz mükafatçılar sırasında yer alıb.
Belə ki, Milad Beigi Hərçəqani (80 kq) finalda məğlub olaraq yarışı gümüş medall başa vurub. Qaşım Maqomedov (58 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (+87 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.
Komandamızın üzvləri 15-16 fevral tarixlərində baş tutacaq “Turkish Open” beynəlxalq turnirdə də qüvvələrini sınayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin