Azərbaycan yığmasına daha bir futbolçu cəlb edildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu dəvət olunub.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı əsas yığmanın düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.

Qeyd edək ki, U-21 noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button