Azərbaycan yığması üçün 5 legioner, 2 yoxlama oyunu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 7-dən 11-dək Bakıda, iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışında olacaq.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlıq prosesində adıçəkilən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Matçlar iyunun 13-də və 15-də olacaq.
Artıq U-17-nin toplanış üçün heyəti də açıqlanıb. Toplanışa dəvət olunmuş futbolçulardan Eldar Tağızadə komandaya Zenitsa şəhərində qoşulacaq.
Hazırlıq prosesində iştirak edəcək futbolçuların siyahısını təqdim edirik:
- Elgün Bayramov – Neftçi
- Eldar Tağızadə – Fundacion Marcet (İspaniya)
- Amin Ramazanov – Lokomotiv (Moskva, Rusiya)
- Rəşad Həsənov – Keşlə
- Cəlal Hüseynov – Zirə
- Raqib Abışov – Sabah
- Nikita Pesotski – Çertanovo (Moskva, Rusiya)
- Ülvi Mədətov – Qəbələ
- Zöhrab Əsədov – Qarabağ
- Mirəli Əhmədov – Neftçi
- Elnur Mirzəyev – Zirə
- Nihad Cəfərov – Neftçi
- Rauf Rüstəmli – Qəbələ
- Sənan Aslanov – Turan Tovuz
- Musa Musazadə – Qarabağ
- Vüsal Qənbərov – Sabah
- Vüsal Əliyev – Zirə
- Fidayi Əzizli – Qarabağ
- Fərman Teymurov – Atlet (Ukrayna)
- Kamal Kazımov – Keşlə
- Mehrac Baxşəliyev – Qəbələ
- Nurəli Nurəliyev – Zirə
- Mirmövsüm Canıyev – Qarabağ
- Ayxan Cabbarov – Göteborq (İsveç)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin