Azərbaycan yığması son oyunda darmadağına üzüldü

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinada keçirilən oyunda Monteneqro komandası ilə qarşılaşıb.

Moldovadan olan hakimin idarə etdiyi qarşılaşma yığmamızın ağır məğlubiyyəti ilə başa çatıb. Yeganə qolumuzu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

Xatırladaq ki, daha öncə millimiz Qazaxıstana 2:0 hesabıyla qalib gəlsə də, Bosniya və Herseqovinaya oxşar hesabla məğlub olmuşdu.

AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup

28 mart

Monteneqro – Azərbaycan 6:1
Baş hakim: Elena Qobyila (Moldova).
Baş hakimin köməkçiləri: Ana Çiobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodziç (Bosniya və Herseqovina).
“Etno Selo Stanişiçi” stadionu (Biyelina).

Xal: Bosniya və Herseqovina – 9. Monteneqro – 6. Azərbaycan – 3. Qazaxıstan – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button