
Azərbaycan yığması qrup birincisi kimi DÇ-nin 1/8 finalında!
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunmuş dünya çempionatında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız yer aldığı G qrupunun son matçında sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gəlib.
İlk iki görüşdə İraq (2:0) və Misir (4:1) üzərində qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionu budəfəki rəqibini 3:1 hesabı ilə məğlub edərək, növbəti raunda qrup birincisi kimi adlayıb. Komandamızın heyətində 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə fərqləniblər.
Millimizin 1/8 finaldakı rəqibi H qrupunda ikinci yeri tutacaq komanda olacaq. Həmin görüş noyabrın 1-də reallaşacaq.
Bizi Facebook-da izləyin