Azərbaycan yığması Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək.

Komanda.az Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün start götürəcək yarışda 9 komanda mübarizə aparacaq.

Turnirdə yığmamızla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın komandaları mükafatlar uğurunda yarışacaq.

Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubu ilə birgə A qrupunda çıxış edəcək. Həndbolçularımız ilk oyununu mayın 16-ı saat 10:30-da OKMK klubuna qarşı keçirəcək.

Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Turnirə mayın 21-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button