
Azərbaycan yığması İslamiadada bürünc medal qazandı
Azərbaycanın qadınlardan ibarət üzgüçülük yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, komanda 4×200 metr məsafəyə sərbəst üsulla estafet yarışında fərqlənib.
Kişilərdən ibarət milli eyni məsafəyə mübarizədə 4-cü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



