Azərbaycan yığması ilk oyunundan məğlub ayrıldı

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Xorvatiyada təşkil olunan matçda millimiz Lüksemburq yığması ilə qarşılaşıb.

Oyun 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button