Azərbaycan yığması ikinci matçda da məğlub oldu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edib.

Bakı İdman Sarayında keçirilən görüş Monteneqronun qələbəsi ilə yekunlaşıb – 104:62.

Yığmamız seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button