Azərbaycan yığması Belarusa yola düşdü
AÇ-2023-ün təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Belarusa yollanıb.
Komanda.az xəbər verir ki, milli komanda iyulun 16-dək Minskdə hazırlıq keçəcək.
Voleybolçular burada təlim-məşq toplanışı ilə yanaşı, yerli kollektivlə yoldaşlıq görüşlərində qüvvəsini də sınayacaq.
Minsk hazırlığından sonra Belarus yığması Bakıya səfər edəcək. 2 komandanın paytaxtda birgə məşqi və bir neçə yoxlama matçı nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin