Azərbaycan yığması Antalyada 3-cü oldu

Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U-20) arasında “Çempionlar” turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, turnirin son günündə Azərbaycanın sərbəst güləşçiləri daha 2 medal qazanıblar.

Ramik Heybətov (65 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əkbər Vəliyev (74 kq) isə bürünc medal qazanıb.

Xatırladaq ki, azərbaycanlı güləşçilər əvvəlki günlərdə 8 medal (2 qızıl, 2 gümüş və 4 bürünc) qazanmışdılar.

Beləliklə, 10 medal əldə edən Azərbaycan yığması 140 xalla komanda hesabında 3-cü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button