
Azərbaycan yığması ərəblər üzərində qələbəyə sevindi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoxlama oyunun keçirib.
Komanda.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub.
Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin