Azərbaycan yığmalarında yeni məşqçilər

Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub.

Komanda.az xəbər verir ki, para-karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb edilib.

Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev para-karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək.

Xatırladaq ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button