
Azərbaycan – Xorvatiya oyununda hakim dəyişikliyi
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının hakim təyinatında dəyişiklik edilib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Sladan Yosipoviçin səhhətində problem yarandığı üçün yan xətt hakimi funksiyasını Alain Heyniger yerinə yetirəcək. Azərbaycan – Xorvatiya matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sandro Şörer olacaq.
Sentybarın 9-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin