Azərbaycan – Xorvatiya matçı “Qarabağ”ın məğlubiyyətini görən hakimə tapşırıldı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya matçının bütün təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, oyunu Sandro Şörerin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadası idarə edəcək. Şörer daha əvvəl Avropa Liqasında “Qarabağ”ın Şimali İrlandiya “Linfild”inə səfərdə 2:3 hesabı ilə uduzduğu pley-off mərhələsinin ilk oyununu da idarə edib.
AÇ-2020, seçmə mərhələ
9 sentyabr
E qrupu
20:00. Azərbaycan – Xorvatiya
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Stefan De Almeyda, Sladan Yosipoviç
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Aleksandru Dyakonu (Rumıniya)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Bakı. 8-ci km stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin