Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq oyunlara təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) təyinat alıb.

Bu barədə Komanda.az-a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Frişman qadın voleybolçular arasında Avropa Gümüş Liqasının ikinci turunda iştirak edəcək. O, 6-8 iyun tarixlərində Gürcüstanda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Burada ev sahibi ilə yanaşı, Lüksemburq və Latviya komandaları mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button