
Azərbaycan velosipedçisi Qazaxıstanda “bürünc” qazanıb
Trek velosipedi üzrə Azərbaycan millisinin üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilmiş beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurla çıxış edib.
Bu barədə Komanda.az-a Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında 200 metr məsafəyə sprint üzrə mübarizədə bürünc medal qazanıb.
Bu nəticə ilə Viktoriya Sidorenko hesabına 80 reytinq xalı da əlavə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


