Azərbaycan – Ukrayna matçı baş tutmadı

Rusiyanın paytaxtı Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində bu gün keçirilməli olan Azərbaycan – Ukrayna qarşılaşması baş tutmayıb.

Komanda.az xəbər verir ki, buna Ukrayna millisinin Rusiyadakı turnirdə iştirakdan imtina etməsi səbəb olub.

Millimiz iyulun 21-də İspaniya, iyulun 22-də isə Latviya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qazanılacaq nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələdə də iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button