
Azərbaycan – Ukrayna: hakimlər məlum oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, matçın baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək.
Oyun noyabrın 19-da, saat 18:00-da “Dalğa Arena”da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin