
Azərbaycan UEFA reytinqində gerilədi
Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
Komada.az xəbər verir ki, ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İsveçin “Malmö” klubuna 1:2 hesabı ilə məğlub olan “Qarabağ” ölkənin əmsalını artıra bilməyib.
28-ci pilləyə düşən Azərbaycanın əmsalı 19,125-ə bərabərdir. Reytinq cədvəlində Azərbaycanla eyni xala malik Bolqarıstan isə bir pillə irəliləyərək 27-ci yerdə qərarlaşıb.
55 ölkənin yer aldığı siyahıya İngiltərə (92.446) başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin