
Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın futbol üzrə U-18 yığması beynəlxalq turnirdə mübarizə aparacaq.
Komanda.az Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fevralın 6-13-ü aralığında keçiriləcək yarışda Azərbaycan yığması ilə yanaşı, İsrail, Qazaxıstan, Moldova, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, həmçinin Belarusun U-17 və U-16 komandaları çıxış edəcək.
Azərbaycan millisinin oyunlarının təqvimi
6 fevral
11:00 Qırğızıstan – Azərbaycan
7 fevral
19:00 Azərbaycan – Belarus (U-17)
9 fevral
12:00 Qazaxıstan – Azərbaycan
10 fevral
19:00 Azərbaycan – Tacikistan
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin