Azərbaycan taekvondoçuları açıq Avstriya çempionatında mübarizə aparacaqlar
Azərbaycan taekvondoçuları açıq Avstriya çempionatında iştirak edəcəklər.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, aprelin 1-də İnsbrukda start götürəcək yarış iki gün davam edəcək.
Azərbaycan G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvələrini sınayacaqlar.
Bu gün İnsbruka yollanan Azərbaycan yığması aprelin 3-də Bakıya qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin